araz-supermarket
icon

icon

Xonça

xonca

Azərbaycan şirniyyat sənayesinin aparıcı müəssisələrindən olan “Xonça” fabriki yeni və müasir avadanlıqları ilə xidmət keyfiyyətini yüksəltməyə davam edir. Fabrikin təzə, isti və ləzzətli şirniyyat, un və un məmulatları hər gün “Araz” rəflərində müştərilərə təqdim olunur. 

Ümumilikdə “Xonça” müştərilərə 200-dən çox məhsul çeşidi təqdim edir. Bu məhsulların istehsal edildiyi “Xonça” fabriki Qafqazın ən böyük şirniyyat istehsal məntəqələrindən biridir. Fabrikdə müxtəlif növ ətirli çörəklər, bulkalar, tortlar və digər şirniyyat və un məmulatları istehsal olunur.  

Fabrikdə Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar çalışır. Müəssisə müasir və yüksək texnologiyalı avadanlıqlarla, həmçinin İsveçrənin Rondo markasına məxsus istehsal xətti, Almaniya istehsalı olan cihazlarla təmin olunub. 

“Xonça” məhsulları “Araz” və “Spar” mağazalarında alıcılara əlçatan olmaqla yanaşı, ölkənin böyük korporativ şirkətlərini, beşulduzlu hotellərini müxtəlif qənnadı məhsulları ilə də təmin edir. Məhsulların hazırlanması və saxlanılmasının standartlara uyğunluğu mütəmadi olaraq yoxlanılır.