“Araz” supermarketlər şəbəkəsində satılan ət Bərdə, Beyləqan, Ağcabədi və İmişli rayonlarından gətirilir. Peşəkar qəssablar tərəfindən seçilən sağlam heyvanlar baytar nəzarətindən keçirilir, sağlamlıq kağızı ilə birlikdə xüsusi qeydiyyatdan keçmiş kəsim məntəqəsinə göndərilir. Burada tam gigiyenik şəraitdə, islami qaydalara uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə kəsilir. Kəsilmiş ətlərdən nümunələr götürülür və laboratoriya şəraitində yoxlanılır. Ət soyuducularda dinləndikdən sonra marketlərə göndərilərək alıcılara təqdim edilir.